"Minsk-2019": Zərif bokusçumuz üçün yarış başa çatıb

Hit: 224
"Minsk-2019": Zərif bokusçumuz üçün yarış başa çatıb

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışları davam edir.

Faktor.az xəbər verir ki, Azərbaycanın yeganə qadın boksçusu Məryəm Cəbrayılova bu gün mübarizəyə qoşulub.

69 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 final döyüşünə çıxıb. “Uruçye Arena”da təşkil olunan yarışda boksçumuz macarıstanlı Vivyen Budai ilə görüşüb. Gərgin mübarizə şəraitində keçən döyüş macar boksçunun qələbəsi ilə başa çatıb. 

M.Cəbrayılova isə Avropa Oyunlarında çıxışını başa vurub.









Redaktorun seçimi