"Minsk-2019": Boksçumuz mübarizəni dayandırdı

Hit: 207
"Minsk-2019": Boksçumuz mübarizəni dayandırdı

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boksçuların mübarizəsi davam edir.

Faktor.az xəbər verir ki, dördüncü yarış günündə Azərbaycan millisinin daha bir idmançısı rinqə çıxıb. 56 kq çəki dərəcəsində çıxış edən Tayfur Əliyev 1/8 finalda Nikola Butsenkoya uduzaraq, mübarizəni dayandırıb.

T.Əliyev 1/16 finalda Bolqarıstan təmsilçisi Boyan Asenova qalib gələrək, 1/8 finala yüksəlmişdi.

Qeyd edək ki, bu gün boksçularımızdan Məsud Yusifzadə (52 kq) Dmitri Zamotayevlə (Ukrayna), Lorenso Sotomayor (69 kq) Adem Fetahoviçlə (Bosniya və Herseqovina), Məryəm Cəbrayılova isə Vivyen Budai ilə (Macarıstan) üz-üzə gələcək.









Redaktorun seçimi