"Minsk 2019": Azərbaycan cüdoçuları yarışı 5 medalla başa vurdu - YENİLƏNİB

413 dəfə oxunub
"Minsk 2019": Azərbaycan cüdoçuları yarışı 5 medalla başa vurdu - YENİLƏNİB

Belarusun paytaxtı Minskə keçirilən II Avropa Oyunlarında cüdoçuların mübarizəsi davam edir.

Faktor.az xəbər verir ki, üçüncü yarış günündə daha 5 idmançımız tatami üzərinə çıxıb.

Kişilərin yarışında 90 kq çəkidə mübarizə aparan cüdoçumuz Məmmədəli Mehdiyev 1/16 finalda Yahor Varapayevlə (Belarus) qarşılaşıb və qələbə qazanıb. Mehdiyevin 1/8 finaldakı rəqibi Aurilyena Disse (Fransa) də məğlub edərək 1/4 finala çıxıb. Bu mərhələdə isə türkiyəli Mikayıl Özerlərinə məğlub olub. Təsəlliverici qarşılaşmada isveçrəli Siril Qrossklausu məyus edən Mehdiyev bürünc medal uğrunda yarışıb. O,Vant end Noeli (Hollandiya) məğlub edib.

Elmar Qasımov (100 kq) 1/16 finalda ukraynalı  Anton Savitki ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz növbəti mərhələdə estoniyalı Qriqori Minaskinə qalib gəlib. O, 1/4 finalda fransalı Cyrille Maretə uduzub. O, təsəlliverici görüşdə monteneqrolu Danilo Pantiçi məğlub edib və bürünc medal uğrunda görüşdə xorvatiyalı Zlatko Kumriçlə qarşılaşıb və rəqibinə ipponla qalib gəlib .

Zelim Kotsoyev (100 kq) 1/16 finalda Boyan Dosenə (Serbiya) qalib gələrək, 1/8 finala adlayıb. O, bu mərhələdəki rəqibi Toma Nikiforova (Belçika) uduzub.

Uşanqi Kokauri (100+) isə 1/8 finalda sloveniyalı Vito Draqiçi, ardınca hollandiyalı Roy Meyeri mübarizədən kənarlaşdırıb. O, yarımfinalda rusiyalı İnal Tasoyevə uduzub. İdmançımız bürünc medal uğrunda avstriyalı Ştefan Xedyi ilə qarşılaşıb və məğlub olub.

Qadınların yarışında İrina Kindzerska (78 kq) 1/8 finalda Jasmin Kuelbsi (Almaniya) məğlub edərək 1/4 finala yüksəlib. O, bu mərhələdə Böyük Britaniyadan olan Sara Edlinqtona uduzub. irina bürünc medal uğrunda görüşdə ukraynalı Qalyana Tarasova ilə üz-üzə gəlib və rəqibinə qalib gəlib.
 
Beləliklə, cüdoçular "Minsk 2019"u 1 gümüş, 4 bürünc medalla başa vurublar. Ümumilikdə isə Azərbaycanın aktivində 11 medal - 4 "gümüş" və 7 "bürünc" var.



Redaktorun seçimi