"Hər şey əla alındı" - Emil Balayev

Hit: 298
"Hər şey əla alındı" - Emil Balayev

"Bu oyuna ciddi hazırlaşmışdıq. "Kaysar"la matçdan sonra bərpa üçün az vaxtımız var idi. Amma uşaqlara afərin, qarşılaşmaya köklənə və azarkeşlərimizə baxımlı oyun göstərə bildilər".

Faktor.az xəbər verir ki, bu sözləri "Tobol"un qapıçısı Emil Balayev klubun rəsmi saytına açıqlamasında deyib. Qazaxıstan Premyer Liqasının 15-ci turunda evdə "Okjetpes" üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edən azərbaycanlı qolkiper azarkeşlərə təşəkkür edib:

"Stadiondakı atmosferi qeyd etmək istərdim. Çox xoşuma gəldi. Hər şey möhtəşəm idi. Bizi dəstəklədikləri üçün onlara təşəkkür edirəm".

Balayev süni meydançadan sonra təbii örtükdə oynamağın komandaya mənfi təsir etmədiyini söyləyib: "Süni və təbii örtük arasında hər zaman fərq olur. Ona görə də bir neçə həftə bu meydançada hazırlaşdıq. Oyunöncəsi məşqi də burada keçdik. Düşünürəm ki, hamı meydançaya tam öyrəşdi. Uyğunlaşma prosesi yaxşı keçdi. Oyunda da göründü ki, bizi narahat edən hansısa məqam olmadı. Külək və hava şəraiti də futbola mane olmadı, hər şey əla alındı".

Qeyd edək ki, "Tobol" bu qələbədən sonra xallarının sayını 35-ə yüksəldərək, lider "Astana"ya çatıb.









Redaktorun seçimi