Bu gün hansı idmançılarmız yarışacaq? - Günün proqramı

Hit: 236
Bu gün hansı idmançılarmız yarışacaq? - Günün proqramı

Bu gün “Minsk 2019” II Avropa Oyunlarında daha bir neçə idmançımız mübarizə aparacaq.

Faktor.az xəbər verir ki, təmsilçilərimiz cüdo, boks, badminton və batut gimnastikası üzrə yarışacaq.

90 kq çəkidə mübarizə aparan cüdoçumu Məmmədəli Mehdiyev  1/16 finalda Petar Zilka (Slovakiya)/Yahor Varapayev (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Elmar Qasımov (100 kq) 1/16 finalda ukraynalı  Anton Savitki ilə üz-üzə gələcək.

Zelim Kotsoyev (100 kq) 1/16 finalda Boyan Doseni (Serbiya) sınağa çəkəcək.

Uşanqi Kokauri (100+) isə  1/8 finalda  Vinçentso Darko (İtaliya)/Vito Draqiç (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qadınların yarışında  İrina Kindzerska (78 kq) 1/8 finalda Jasmin Kuelbs (Almaniya)/Sebile Akbulut (Türkiyə) cütünün qalibi ilə mübarizə aparacaq.

56 kq çəkidə mübarizə aparan boksçumuz Tayfur Əliyev  1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşacaq.

Məsud Yusifzadə (52) 1/8 finalda Dmitri Zamotayev ilə (Ukrayna) münasibətlərinə aydılıq gətirəcək.

Lorenso Sotomayor isə (69 kq) 1/8 finalda bosniyalı Adem Fetahoviçi sınağa çəkəcək.

Qadınların yarışına gəldikdə 69 kiloda Məryəm Cəbrayılova  1/8 finalda Vivyen Budaiyə (Macarıstan) rəqib olacaq.

Badminton yarışlarının qrup mərhələsinin ilk turunda təmsilçimiz Azmi Qovumuramadhoni rumıniyalı Kollinz Valentin Filimonla qarşılaşacaq.

Batut gimnastikasının sinxron hərəkətlərində Ruslan Ağamirov - İlya Qrişunin cütlüyü yarışacaq.

Qeyd edək ki, aktivində 4 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 20-ci pillədədir. Rusiya 19 qızıl, 10 gümüş və 10 bürünclə birincidir.









Redaktorun seçimi