Bədii gimnastlarımız Minskdə keçirilən II Avropa Oyunlarında çıxışlarını başa vurublar

Hit: 319
Bədii gimnastlarımız Minskdə keçirilən II Avropa Oyunlarında çıxışlarını başa vurublar

Minskdə II Avropa Oyunlarında bədii gimnastika üzrə yarışların sonuncu günü keçirilib.

Faktor.az xəbər verir ki ki, finalda çoxnövlülük üzrə qrup hərəkətlərində Azərbaycan komandasını Aliyə Paşayeva, Diana Əhmədbəyli, Ayşən Bayramova, Zeynəb Hümmətova və Darya Sorokina təmsil ediblər.

Azərbaycan gimnastları beş top ilə, həmçinin üç xalqa və iki cüt gürzlərlə fərdi hərəkətlərdə finalda çıxış edib.

Beş top ilə məşqlərdə gimnastlarımız 20.700 xalla yeddinci yeri tutublar.

Üç halqa və iki cüt gürzlərlə qrup hərəkətlərində Azərbaycan gimnastları 24.275 bal toplayaraq altıncı yerdə qərarlaşıb.

Ümumilikdə, gimnastlarımız 44.975 xal toplayaraq, çöxnövlülükdə altıncı yeri tutub.









Redaktorun seçimi