"Qarabağ"ı keçmək həm də yeni maliyyə resursları deməkdir" - Franko Lerda

Hit: 296
"Qarabağ"ı keçmək həm də yeni maliyyə resursları deməkdir" - Franko Lerda

"Vaxtımız elə də çox deyil. "Qarabağ"la oyunadək hazır olmalıyıq".

Faktor.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Partizani"nin yeni baş məşqçisi Franko Lerda İtaliya mətbuatına açıqlamasında deyib. Təyinatı haqda danışan italiyalı mütəxəssis Ağdam klubu ilə keçirəcəkləri oyunlara da toxunub:

"Qarabağ"la hər iki matçda turu keçmək üçün mübarizə aparacağıq. Bu, həm də yeni maliyyə resursları deməkdir. Bundan sonra Alban futbolunda dönüş ola bilər. Avrokuboklardakı debüt oyunumuzda bizdən daha təcrübəli komanda ilə qarşılaşacağıq. Amma mən komandama inanıram. Kollektivlə bağlı ilkin təəssüratlarım müsbətdir".

Qeyd edək ki, ÇL-də 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.









Redaktorun seçimi