"Ayaks" baş məşqçisini saxladı

Hit: 266
"Ayaks" baş məşqçisini saxladı

"Ayaks" baş məşqçisi Erik ten Haqla yeni müqavilə imzalayıb.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, hollandiyalı mütəxəssislə müqavilənin müddəti 2022-ci ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, ten Haq 2017-ci ildən "Ayaks"ı çalışdırır. Onun rəhbərliyi altında komanda ötən mövsüm Hollandiya çempionu olub və ölkə kubokunu qazanıb. "Ayaks" Çempionlar Liqasında isə yarımfinala kimi yüksəlib.









Redaktorun seçimi