Azərbaycan boksçularının Avropa Oyunlarındakı rəqibləri müəyyənləşib

Hit: 207
Azərbaycan boksçularının Avropa Oyunlarındakı rəqibləri müəyyənləşib

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının boks yarışlarının püşkü atılıb.

Faktor.az xəbər verir ki, sabah start götürəcək mötəbər yarışda iştirak edəcək Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib.

Yarışda çıxış edəcək 11 boksçumuzdan səkkizi 1/16, üçü 1/8 finaldan mübarizəyə başlayacaq. Bu idmançılardan onu kişi, biri qadın boksçudur.

Kişilər

21 iyun, 1/16 final

56 kq. Tayfur Əliyev – Boyan Asenov (Bolqarıstan)
91 kq. Rahil Məmmədli – Radoslav Panteleyev (Bolqarıstan)
+91 kq. Məhəmməd Abdullayev – Petar Belberov (Bolqarıstan)
22 iyun, 1/16 final
60 kq. Cavid Çələbiyev – Nikola İvkoviç (Bosniya və Herseqovina)
69 kq. Lorenzo Sotomayor – Qurqen Madoyan (Ermənistan)
75 kq. Kamran Şahsuvarlı – Giorgi Harabadze (Gürcüstan)/Miroslav Saviç (Serbiya) cütünün qalibi
81 kq. Alfonso Dominqes – Stepan Hrekul (Ukrayna)
23 iyun, 1/16 final
64 kq. Bəxtiyar Qazıbəyov – Enriko Kruz (Hollandiya)
23 iyun, 1/8 final
49 kq. Rüfət Hüseynov – David Alaverdian (İsrail)
24 iyun, 1/8 finaı
52 kq. Məsud Yusifzadə - Dmitri Zamotayev (Ukrayna)

Qadınlar

24 iyun, 1/8 final

69 kq. Məryəm Cəbrayılova – Vivyen Budai (Macarıstan)









Redaktorun seçimi