"Səbail"in ilk oyununun vaxtı açıqlandı

Hit: 274
"Səbail"in ilk oyununun vaxtı açıqlandı

Bolqarıstanda təlim-məşq toplanışında olan "Səbail"ın ilk yoxlama oyununun vaxtı müəyyənləşib.

Faktor.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, Plovdiv “Lokomotiv”ə (Bolqarıstan) qarşı keçiriləcək matç sabah Bakı vaxtı ilə 16:00-da başlayacaq.

Qeyd edək ki, "Səbail" həmçinin, Beroe” (Bolqarıstan), “Clinceni” (Rumıniya) və “Makedoniya” (Şimali Makedoniya) ilə yoxlama görüşü keçirəcək.









Redaktorun seçimi