"Neftçi"nin Türkiyədə ilk sınağı

Hit: 261
"Neftçi"nin Türkiyədə ilk sınağı

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyunu keçirəcək.

Faktor.az xəbər verir ki, Roberto Bordinin komandası  Rusiyanın "SKA-Xabarovsk" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Neftçi”nin iyunun 30-dakı rəqibi Ukraynanın "Vorskla” (Poltava) klubu olacaq. İyunun 25-də keçiriləcək ikinci sınaq matçındakı rəqib isə hələlik məlum deyil.









Redaktorun seçimi