"Neftçi" Mirabdulla Abbasovu icarəyə göndərdi - RƏSMİ

96 dəfə oxunub
"Neftçi" Mirabdulla Abbasovu icarəyə göndərdi - RƏSMİ

"Neftçi” futbolçusu Mirabdulla Abbasovla 2019/2020 mövsümünün sonunda bitməli olan müqavilənin müddətini artırıb.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə müqavilə müddəti 2020/2021 mövsümünün sonunadək uzadılıb.

Abbasov daha çox oyun təcrübəsi qazanmasına görə başqa kluba icarəyə verilməsi üçün "Neftçi”nin rəhbərliyinə müraciət edib. Klub rəhbərliyi bu addımın həm gənc futbolçu, həm də gələcəkdə komanda üçün faydalı olacağını nəzərə alaraq, müraciəti müsbət dəyərləndirib. Hücumçu daha çox oyun təcrübəsi qazanması üçün növbəti mövsümün sonunadək "Səbail” klubuna icarəyə verilib.

Qeyd edək ki, Mirabdulla Abbasov 2014-2016, 2017-2019-cu illər ərzində "Neftçi”nin heyətində 66 oyuna çıxıb, 13 qol vurub.



Redaktorun seçimi