Mata komandada qaldı

Hit: 359
Mata komandada qaldı

"Mançester Yunayted" futbolçusu Xuan Mata ilə müqavilənin müddətini uzadıb.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi ilə 2+1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, X.Mata 2014-cü ildən Mançester təmsilçisinin şərəfini qoruyur. O, indiyə kimi burada oynadığı 218 matçda 45 qol vurub, 37 qolun ötürməsini verib.









Redaktorun seçimi