Azərbaycan güləşçiləri Avropa çempionatında daha 3 medal qazanıblar

Hit: 292
Azərbaycan güləşçiləri Avropa çempionatında daha 3 medal qazanıblar

İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

Faktor.az xəbər verir ki, yunan-Roma güləşçilərinin mübarizəsinin son günündə Azərbaycan yığması daha bir dəst medal qazanıb. 

Belə ki, komandamızın heyətində Fərid Sadıqlı (45 kq) bütün rəqiblərinə qalib gələrək, çempion tituluna yiyələnib. O, finalda rusiyalı Danial Ağayevi 10:1 hesabı ilə məğlub edib. 

92 kq çəki dərəcəsində qüvvəsini sınayan Laçın Vəliyev də finaladək irəliləyib. Lakin həlledici görüşdə Məhəmməd Yevloyevə (Rusiya) 0:6 hesabı ilə uduzub və gümüş medalla kifayətlənib. 

Təmsilçilərimizdən Allahverdi Əliyev (71 kq) isə 3-cü yerlə kifayətlənib. 

Qeyd edək ki, bunadək millimizin tərkibində Məlik Əliyev (48 kq) və Nihat Məmmədli (55 kq) Avropa çempionu olaraq İtaliyada himnimizi səsləndirib. Xasay Həsənli (65 kq) isə bürünc medala sahib olub. 

Yekunda 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız 135 xalla Avropa ikincisi olub. Komandamız yalnız 178 xalla Avropa çempionu olan Rusiyadan geri qalıb. Üçüncü yeri isə 117 xal toplayan Gürcüstan tutub.









Redaktorun seçimi