Yunan hücumçu “Qalatasaray”dan gedir

Hit: 264
Yunan hücumçu “Qalatasaray”dan gedir

“Qalatasaray”da icarə əsasında çıxış edən Kostas Mitroğlu İstanbul klubunu tərk edir.

Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yunanıstanlı hücumçu sabiq klubu “Olimpiakos”a qayıtmaq fikrindədir. 31 yaşlı hücumçunun “cim-bom”la 1 illik müqaviləsi olmasına baxmayaraq ayrılmağa qərar verib. “Qalatasaray” da futbolçunun getməsinin tərəfdarıdır.

Qeyd edək ki, Mitroğlu bu illin yanvarında “Marsel”dən 1.5 illik icarəyə götürülüb. O, “Qlatasaray”da 29 oyuna 5 qol vurub.









Redaktorun seçimi