Totti “Roma”dan ayrılır

204 dəfə oxunub
Totti “Roma”dan ayrılır

“Roma”nın əfsanəvi futbolçusu, hazırda idman direktoru çalışan  Françesko Totti paytaxt klubundan ayrılır.

Faktor.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, o, özü klubdan getmək istəyir.

Tottinin yeni baş məşqçi seçimində onun fikirlərinin nəzərə alınmadığı üçün doğma klubunu tərk etmək qərarı verdiyi bildirilir. “Qladiator” ləqbəli veteran futbolçu sabah gedişi ilə bağlı mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, 1992-ci ildə “Roma”da debüt edən Totti 2017-ci ildə futbolçu karyerasını bitirib. “Roma”dan başqa heç bir klubda çıxış etməyən Françesko 2 ildir “Roma”da çalışır.



Redaktorun seçimi