Lempard Abramoviçə şərt qoydu

Hit: 336
Lempard Abramoviçə şərt qoydu

“Derbi Kaunti”nin baş məşqçisi Frenk Lempard “Çelsi”ni çalışdırmağa razılıq verib.

Faktor.az “Daily Mail”ə istinadən xəbər verir ki, 40 yaşlı məşqçi London klubunun sahibi Roman Abramoviçin qarşısına şərt qoyub. Sabiq “Çelsi”li rusiyalı biznesmendən ən azı 2 il istefaya göndərilməməsini istəyib. Abromoviç isə bu şərtlə razılaşıb. Komanda 2 il ərzində uğursuz çıxış etsə belə, Lemparda toxunulmayacaq.

Yaxın günlərdə bu təyinatın rəsmən açıqlanacağı bildirilir. Lempard “Çelsi”də bu gün “Yuventus”a baş məşqçi təyin edilən Mauritsio Sarrini əvəzləyəcək.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 13 il – 2001-2014-cü illərdə “zadəganlar”da çıxış edib.









Redaktorun seçimi