"Fənərbaxça"dan Kolarova rəsmi təklif

Hit: 271
"Fənərbaxça"dan Kolarova rəsmi təklif

"Fənərbaxça" "Roma"nın müdafiəçisi Aleksandr Kolarovu heyətinə qatmaq istəyir.

Faktor.az "ntvspor"a istinadən xəbər verir ki, İstanbul klubu 34 yaşlı futbolçuya rəsmi təklif göndərib. Serbiya millisinin üzvünə 2+1 illik müqavilə və illik 2.3 milyon avro təklif edən "sarı-lacivərdlilər" "Roma" ilə danışıqları davam etdirir. Təcrübəli oyunçu özü də "Fənərbaxça"da oynamaqda maraqlıdır. Klublar təzminat məsələsində razılığa gələcəkləri təqdirdə Kolarovun Superliqa təmsilçisinə keçidi rəsmiləşəcək.

Qeyd edək ki, Kolarov "Roma"dan əvvəl "Latsio" və "Mançester Siti"nin də formasını geyinib.









Redaktorun seçimi