Rəşad Sadıqovun doğum günüdür - VİDEO

Hit: 395
Rəşad Sadıqovun doğum günüdür - VİDEO

Bu gün “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun doğum günüdür.

Faktor.az xəbər verir ki, uzun illər millimizin şərəfini qorumuş və kapitanı olmuş təcrübəli müdafiəçi 1982-ci ildə Bakıda dünyaya gəlib. Sadıqov 37 yaşını qeyd edir.

Karyerasının böyük hissəsi “Qarabağ”la bağlı olan futbolçu, ölkəmizdə “Turan”, “Neftçi”, Türkiyədə “Kayserispor”, “Kocaelispor” və “Əskişəhərspor”, İranda isə “Fulad”da çıxış edib.

2001-2017-ci illərdə millimizin şərəfini qoruyan Sadıqov yığmada ən çox oyun keçirən (111) futbolçudur. 

Rəşad Sadıqovun karyerası ərzində  vurduğu ən gözəl və Azərbaycan futbolu üçün vacib qollardan birini təqdim edirik. “Qarabağ”ın Avropadakı uğurlu çıxışları məhz bu qoldan, bu oyundan sonra başlayıb. 









Redaktorun seçimi