"Fənərbaxça" ilk transferini açıqladı

Hit: 300
"Fənərbaxça" ilk transferini açıqladı

"Fənərbaxça" ilk transferini reallaşdırıb.

Faktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi ötən mövsüm "Volfsburq"un əvəzedici komandasında oynayan Murat Sağlamı heyətinə qatıb. 21 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalayıb.

Türkiyənin U-21 millisinin üzvünün Almaniya klubu ilə müqaviləsi başa çatdığı üçün "Fənərbaxça" təzminat ödəməyib.









Redaktorun seçimi