Ukraynanın U-20 millisi dünya çempionu oldu

Hit: 285
Ukraynanın U-20 millisi dünya çempionu oldu

20 yaşadək futbolçular arasında dünya çempionatının qalibi müəyyənləşib.

Faktor.az xəbər verir ki, final oyununda Ukrayna və Cənubi Koreya milliləri qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn Ukrayna millisi turniri məğlubiyyətsiz başa vuraraq tarixində ilk dəfə dünya çempionu olub. Cənubi Koreya ilə gümüş medalla kifayətlənib.

Qeyd edək ki, turnirin üçüncüsü İtaliyanı 1:0 hesabı ilə məğlub edən Ekvador millisi olub.

Ukrayna U-20 - Cənubi Koreya U-20 - 3:1

Qollar: Lee, 5-pen (1:0), Supriaqa, 34 (1:1), 53 (2:1), Tsitasişvili, 89 (3:1)









Redaktorun seçimi