Millinin baş məşqçisi istefa verdi

Hit: 435
Millinin baş məşqçisi istefa verdi

Belarus millisinin baş məşqçisi İqor Kriuşenko istefa verib.

Faktor.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. O, 2017-ci ilin mart ayından yığmaya başçılıq edirdi.

Qeyd edək ki, Kriuşenkonun başçılığı altında 27 oyun keçirən Belarus millisi 8 qələbə qazanıb, 6 heç-heçə edib və 13 dəfə uduzub.









Redaktorun seçimi