"Sabah"ın hazırlıq planında dəyişiklik

124 dəfə oxunub
"Sabah"ın hazırlıq planında dəyişiklik

"Sabah"ın yay hazırlıq planında dəyişiklik edilib.

Faktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Türkiyənin Bolu şəhərinə əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 16-da yox, 23-də yollanacaq. Türkiyə toplanışı avqustun 6-na kimi davam edəcək. Bu müddətdə 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, "Sabah" növbəti mövsümün hazırlığına iyunun 17-də başlayacaq. Təlim-məşq toplanışının ilk hissəsi Bakıda olacaq. İyulun 22-dək davam edəcək hazırlığın bu mərhələsində 5 yoxlama oyununun keçirilməsi planlaşdırılıb. Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.



Redaktorun seçimi