Poqbanın qiyməti - 170 milyon avro

127 dəfə oxunub
Poqbanın qiyməti - 170 milyon avro

"Mançester Yunayted" futbolçusu Pol Poqbanın təzminat qiymətini müəyyənləşdirib.

Faktor.az "Daily Mirror"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi fransalı yarımmüdafiəçini 170 milyon avroya satmağa hazırdır. Ancaq bu məbləğ veriləcəyi təqdirdə, klubun 26 yaşlı oyunçu ilə yolları ayıra biləcəyi vurğulanıb.

Qeyd edək ki, Poqba ilə "Real", "Yuventus" və PSJ-nin maraqlandığı iddia olunur.



Redaktorun seçimi