Şəhriyar yenə məğlub oldu

108 dəfə oxunub
Şəhriyar yenə məğlub oldu

Azərbaycanın Norveçin Stavanqer şəhərində keçirilən "Norway Chess" turnirində yeganə təmsilçisi olan Şəhriyar Məmmədyarov növbəti dəfə məğlubiyyətlə üzləşib.

Faktor.az xəbər verir ki, o, 7-ci turda çinli rəqibi Din Lijenə 0:2 hesabı ilə uduzub.

Yeddi turdan sonra turnirə Karlsen (11 xal) liderlik edir, ardınca Aronyan (9), Yuy Yani (8,5), Din Lijen (7,5), So (7), Karuana (6,5), Vaşye-Laqrav və Anand (hərəyə 6 xal), Məmmədyarov (5) və Qrişuk (3,5) qərarlaşıb.

Qeyd edək ki, Şəhriyar 8-ci turda Uesli So ilə qarşılaşacaq.



Redaktorun seçimi