"Fənərbaxça" "Roma" ilə razılığa gəldi

135 dəfə oxunub
"Fənərbaxça" "Roma" ilə razılığa gəldi

"Roma"nın futbolçusu Aleksandr Kolarov "Fənərbaxça"ya keçməyə yaxındır.

Faktor.az "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 33 yaşlı müdafiəçi və onun klubu ilə ilkin razılığa gəlib. Hazırda tərəflər arasında müqavilənin bəzi detallarının müzakirə olunduğu bildirilib.

Qeyd edək ki, A.Kolarov ötən mövsüm A seriyasında 33 matçda 8 qol vurub, 1 qolun ötürməsini verib.



Redaktorun seçimi