"Real"dan transfer rekordu

Hit: 388
"Real"dan transfer rekordu

"Real" bir transfer pəncərəsi üçün yeni rekorda imza atıb.

Faktor.az "Transfermarkt" istinadən xəbər verir ki, Madrid klubu ən çox məhz bu yay transfer pəncərəsi dövründə pul xərcləyib. La Liqa təmsilçisi  303 milyon avrosundan keçib. Klub Eden Hazard (100 milyon), Luka Yoviç (60 milyon), Eder Militao (50 milyon), Ferlan Mendi (48 milyon) və Rodriqonu (45 milyon) transfer edib.

Bununla da, "Real" 10 il əvvəlki rekordunu yeniləyib. 2009-cu ilin yayında klub Kriştiano Ronaldo, Kaka, Xabi Alonso və Kərim Benzema üçün ümumilikdə 260 milyon avro xərcləmişdi.









Redaktorun seçimi