"Real"dan növbəti transfer - RƏSMİ

145 dəfə oxunub
"Real"dan növbəti transfer - RƏSMİ

"Real" növbəti transferini həyata keçirib.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi "Lion"un müdafiəçisi Ferlan Mendini heyətinə cəlb edib.  24 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb.

İspaniya mətbuatı bu transfer üçün "Real"ın 48 milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, F.Mendi ötən mövsüm "Lion"da 44 matçda 3 qol vurub, 3 qolun ötürməsini verib.

Xatırladaq ki, "Real" bundan əvvəl Eden Hazard və Luka Yoviçi alıb.



Redaktorun seçimi