Şeydayev azarkeşlərdən üzr istədi - FOTO

121 dəfə oxunub
Şeydayev azarkeşlərdən üzr istədi - FOTO

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Slovakiyaya böyük hesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.

Faktor.az xəbər verir ki, futbolçu bu haqda feysbuk səhifəsində bildirib.

"Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz", - o yazıb.

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsində ötən gün keçirilən matçda Azərbaycan millisi slovaklara 5:1 hesabı ilə məğlub olub. Komandamızın yeganə qolunu Şeydayev vurub.



Redaktorun seçimi