Qafqaz derbisini milli komandamız qazandı

125 dəfə oxunub
Qafqaz derbisini milli komandamız qazandı

Voleybol üzrə kişilərdən ibarət milli yığma komandamız Gümüş Avropa Liqasında 5-ci oyununu bu gün 12 iyun tarixində Gürcüstan komandasına qarşı keçirib.

Faktor.az xəbər verir ki, ilk hissəyə üstün başlayan komandamız 06-02, 17-09, 25-17 hesabı ilə setin qalib gəldi.

İkinci hissə də komandamızın gözəl hücumları, servisləri ilə yadda qaldı və seti Millimiz 25-08 hesabı ilə qalib başa vurdu.  III set görüşün son seti oldu Azərbaycan 25-22 hesabı ilə qalib gəldi.

Azərbaycan – Gürcüstan 3-0 (25-17, 25-08, 25-22)

Fərid Calalov (Azərbaycan Milli komandasının baş məşqçisi) - "Gümüş Avropa Liqasında yalnız Gürcüstan Millisinə qalib gəldik. Gürcüstan komandası gənc komandadır. Biz onlarla müqayisədə daha təcrübəliyik. Danimarka və Rumıniya yığmaları da qalib gələ biləcəyimiz rəqiblər idi. Rumıniyadakı oyunda qələbəyə çox yaxın idik, IV hissəni qalib gələ bilərdik. Qələbə qazansaydıq bu komandamız üçün böyük ruh yüksəkliyi olardı. Doğrudur bu gün qalib gəldik amma məğlubiyyətlərimizin səbəblərini  bir daha qeyd etmək istəyərdim,  bir oyun qurucu ilə oynamaq çətindir. Növbəti rəqibimiz Danimarka Millisidir. İnanıram ki, öz meydançamızda  səfərdəki oyunumuzdan  daha yaxşı oynayacağıq".

Tural Həsənli  (02–oyunçu AZE ) – "Gürcüstan cavan oyunçuları olan bir komandadır. Gürcüstan Millisinə qarşı hər iki oyunda qalib gəldik. Doğrusu bütün oyunlarda qalib gəlmək və finala vəsiqə qazanmaq istəyirdik. Gördüyünüz kimi bu il bunu edə bilmədik. Aleksey Çervyakov zədəli olduğu üçün bu oyunlarda komandamıza kömək edə bilmədi, məndə əlimdən gəldiyi qədər yaxşı oynamağa çalışdım və yenə də çalışacağam.  Son oyunlarımız çətin oldu. Rumıniya komandasına səfərdə məğlub olsaqda, rəqib meydançasında rəqibimizdən 1 set ala bildik. Danimarka yığmasınada 3-0 hesabı ilə məğlub olduq, amma cavab oyununda Bakıda çalışacağıq ki, qalib gələk".

Sulkhani AKHVLEDIANI (Gürcüstan Milli komandasının baş məşqçisi) – Azərbaycan Millisini təbrik edirəm. Bizim komandamız gənc komandadır. Gümüş Avropa Liqasında iştirakımız komandamızın oyunçuları üçün böyük təcrübə oldu. İnanıram ki, yaxın gələcəkdə daha yaxşı oyun göstərəcəyik.



Redaktorun seçimi