Skarlatake daha bir il "Zirə"də

133 dəfə oxunub
Skarlatake daha bir il "Zirə"də

“Zirə” futbolçusu Adrian Skarlatake ilə müqaviləni yeniləyib.

Faktor.az klubun “instagram” səhifəsinə istinadən xəbər verir ki, rumıniyalı müdafiəçi ilə sözləşmənin müddəti 1 illik uzadılıb. O, ötən ilin sentyabrından "Zirə"də çıxış edirdi.

Qeyd edək ki, "Zirə" bundan əvvəl Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqrudca və Tellur Mütəllimovla da müqaviləni yeniləyib.



Redaktorun seçimi