"Belə məğlub olmaq olmaz" - Ramil Şeydayev

120 dəfə oxunub
"Belə məğlub olmaq olmaz" - Ramil Şeydayev

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Slovakiya matçı qonaqların 1:5 hesablı qələbəsi ilə başa çatıb.

Faktor.az xəbər verir ki, millimizin yeganə qoluna imza atan Ramil Şeydayev oyundan sonra açıqlama verib.

O, məğlubiyyətə görə, deməyə söz tapmadığını bildirib:

"Pis oynadıq. Deməyə söz tapmıram. Belə məğlub olmaq olmaz. Məşqçimiz yenidir. Ümidvaram ki, gələcəkdə yaxşı nəticələr qazanacağıq".



Redaktorun seçimi