Cengiz Ünder İslandiyaya qarşı oynamaya bilər

138 dəfə oxunub
Cengiz Ünder İslandiyaya qarşı oynamaya bilər

Türkiyə millisinin futbolçusu Cengiz Ünder Avro-2020-nin seçmə mərhələsində İslandiya ilə səfər oyununu buraxa bilər.

Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin sol ayaq  əzələsində problem aşkarlanıb. Onun İslandiya ilə görüşdə iştirak edib-etməyəcəyi hələ də müəyyənləşməyib.

Qeyd edək ki, İslandiya - Türkiyə matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.



Redaktorun seçimi