"Bakcell Arena"da AFFA rəhbərliyi üçün "istefa" sədaları

173 dəfə oxunub
"Bakcell Arena"da AFFA rəhbərliyi üçün "istefa" sədaları

Milli komandamız Avro-2020-nin seçmə mərhələsində Slovakiyanı qəbul edir.

Faktor.az xəbər verir ki, hazırda 1:3 hesabı ilə geridə olan yığmamız ilk qolu buraxdıqdan sonra azarkeşlər “istefa” şüarı səsləndirib. Növbəti qollardan sonra isə bu, kütləvi şəkil alıb. “Bakcell Arena”ya toplaşan azarkeşlərin əksəriyyəti AFFA rəhbərliyini istefaya səsləyib.

Xatırladaq ki, yığmamız seçmə mərhələnin bundan əvvəlki iki görüşündə  uduzub.



Redaktorun seçimi