“Oyuna bütün biletlər satılıb” - AFFA-dan açıqlama

116 dəfə oxunub
“Oyuna bütün biletlər satılıb” - AFFA-dan açıqlama

“Avro-2020”nin seçmə mərhələsinin bu gün keçiriləcək Azərbaycan – Slovakiya oyununa bütün biletlər satılıb.

Faktor.az xəbər verir ki, bu haqda Qol.az-a AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla məlumat verib. “Dəqiq rəqəm söyləyə bilməyəcəyəm. Amma dünən axşama olan xəbərə görə, kassalarda biletlərin hamısı satılıb. Bundan başqa, dəvətnamə formasında da xeyli bilet vardı ki, onlar da paylanılıb”.

AFFA rəsmisi əlavə edib ki, Macarıstan millisinə məğlubiyyətin bilet satışına mənfi təsiri olmayıb.

Qeyd edək ki, Azərbaycan – Slovakiya oyunu bu gün saat 20.00-da başlanacaq. Oyun “Bakcell Arena”da keçiriləcək.



Redaktorun seçimi