Millimiz darmadağın oldu - YENİLƏNİB - VİDEO

225 dəfə oxunub
Millimiz darmadağın oldu - YENİLƏNİB - VİDEO

Milli komandamız bu gün Avro-2020-nin seçmə mərhələsində 3-cü oyununa çıxıb.

Faktor.az xəbər verir ki, yığmamız Bakıda Slovakiya millisini qəbul edib. Qrupda keçirdiyi ilk iki oyunda Xorvatiya və Macarıstana uduzan millimiz bu dəfə daha ağır məğubiyyətlə üzləşib - 1:5. Slovakiya bu qələbə ilə liderliyə yüksəlib.

E qrupunun digər oyununda isə 3 gün əvvəl Bakıda millimizi məğlub edən (3:1) Macarıstan evdə Uelsi qəbul edəcək.

Avro-2020-nin seçmə mərhələsi

11 iyun

E qrupu

20:00. Azərbaycan - Slovakiya - 1:5

Qollar: Stanislav Lobotka, 8 (0-1), Yuray Kuçka, 27 (0:2), Ramil Şeydayev, 28 (1:2), Marek Hamşik, 30 (1:3), Marek Hamşik, 57 (1:4)

Hakimlər: Con Biton, Alan Malvenni, Sin Karr, Donald Robertson (hamısı Şotlandiya)

Bakı. "Bakcell Arena"



Redaktorun seçimi