"Bəlkə də "Barselona"ya keçməyin vaxtı deyil" - De Liqt

59 dəfə oxunub
"Bəlkə də "Barselona"ya keçməyin vaxtı deyil" - De Liqt

"Ayaks"ın futbolçusu Matteys De Liqt "Barselona"ya mümkün transferi haqda danışılb.

Faktor.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, Kataloniya klubunun təklifi haqda hələ də düşündüyünü deyib: "Qəlbimin nə dediyini hələ bilmirəm. İndiyə kimi "Ayaks" və Hollandiya millisinə kökləndim. İndi gələcəyim haqda qərar verə bilərəm. Mənim üçün əsas amil yeni komandamda çox oynayacağımdan əmin olmaqdır. Barselona"nın yaxşı müdafiə xətti var, amma rəqabət məni qorxutmur. Pul mənim üçün önəmli deyil. Niyə hələ də "Barselona"ya gedib-getməməyi düşünürəm? Çünki bəlkə də "Barselona"ya keçməyin vaxtı deyil. Bu barədə yenidən fikirləşməliyəm".

Qeyd edək ki, De Liqtlə "Barselona" ilə yanaşı, PSJ-nin də maraqlandığı iddia olunur.



Redaktorun seçimi