Avropa Liqası zamanı çalışacağıq ki...

Hit: 379
Avropa Liqası zamanı çalışacağıq ki...

Voleybol üzrə kişilərdən ibarət milli komandamız Gümüş Avropa Liqasında mübarizə aparacaq.

İlk görüşünü 25 may 17:00-da Voleybol Mərkəzində Rumıniya millisinə qarşı keçirəcək.

Fərid Cəlalov: "İlk oyunumuz Azərbaycanda keçiriləcək, rəqibimiz Rumıniya millisi olacaq. Avropa Liqasına hazırlıq ərəfəsində Gürcüstan komandası ilə bir neçə yoldaşlıq görüşü keçirmişdik. Yoldaşlıq görüşlərində bütün oyunçularımıza öz oyunlarını göstərmələri üçün şans verilmişdir. Bəzi oyunçularımızda son 10-15 gündür ki, milli komandanın düşərgəsinə gəliblər. Rumıniya ilə oyunu ikinci oyun qurucu Tural Həsənli ilə oynayacağıq. Aleksey Çervyakov dizində keçirdiyi əməliyyata görə növbəti oyunlarda komandamıza kömək edə biləcək. Oyun haqqında öncədən danışmaq istəməzdim, yalnız onu deyə bilərəm ki, Avropa Liqası zamanı çalışacağıq ki, bizi dəstəkləyən azarkeşlərə gözəl oyun göstərək."

Vüqar Bayramov: "Avropa Liqasına hazırlıqlarımıza ölkə çempionatı bitdikdən bir neçə gün sonra başladıq. Gümüş Avropa liqasına hazırlıq ərəfəsində Gürcüstan millisi ilə yoldaşlıq görüşləri də keçirdik. Bildiyiniz kimi 25 may tarixində Rumıniya millisi ilə görüşəcəyik. İlk oyunumuzun doğma meydançamızda olması bizim üçün böyük avantajdır. Hər zaman olduğu kimi yenə qələbə üçün meydançaya çıxacağıq.

Qeyd edə bilərəm ki, bizi qarşıda maraqlı və gərgin oyunlar gözləyir."









Redaktorun seçimi