"Yuventus" Türkiyə millisinin üzvü ilə anlaşdı

Hit: 233
"Yuventus" Türkiyə millisinin üzvü ilə anlaşdı
Türkiyə millisinin müdafiəçisi Merih Demiral karyerasını "Yuventus"da davam etdirəcək.
Faktor.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubu 21 yaşlı futbolçu ilə 5 illik anlaşma əldə edib.
 
"Alanyaspor"un futbolçusu qış fasiləsində İtaliyanın "Sassuolo" klubuna icarəyə verilmişdi. "Yuventus"un türkiyəli futbolçu üçün 15-20 milyon avroluq təzminat ödəyəcəyi gözlənilir.
 
Demiral Türkiyənin bütün yaş qruplarından ibarət yığmalarında çıxış edib. O, ötən ildən əsas milliyə dəvət alır.








Redaktorun seçimi