"Fənərbaxça"dan ayrılmaq istəyir

Hit: 376
"Fənərbaxça"dan ayrılmaq istəyir

"Fənərbaxça"nın qapıçısı Karlos Kameni komandadan ayrılmaq istəyir.

Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kamerunlu qolkiper bu barədə "Marca" nəşrinə açıqlamasında məlumat verib. 35 yaşlı qapıçı şans verilmədiyi üçün getmək istədiyini bildirib:

"Mənim üçün qarışıq vəziyyətdir. Oynamaq, şans qazanmaq, rəqabət aparmaq istəyirəm. Amma bu, olmaq istədiyim yer deyil. Məyusam və komandadan ayrılmaq istəyirəm".

Qeyd edək ki, 2017-ci ilin yayında "Malaqa"dan "Fənərbaxça"ya transfer olunan Kameni bu mövsüm İstanbul klubunun heyətində oyun keçirməyib.









Redaktorun seçimi