"Mançester Siti" İngiltərə kubokunun qalibi oldu - VİDEO

Hit: 448
"Mançester Siti" İngiltərə kubokunun qalibi oldu - VİDEO

İngiltərə kubokunda 2018/2019 mövsümünün qalibi müəyyənləşib.

Faktor.az xəbər verir ki, "Uembli" stadionunda keçirilən final oyununda "Mançester Siti" və "Uotford" üz-üzə gəlib. Matç Pep Qvardiolanın komandasının 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da Mançester təmsilçisi 8 ildən sonra bu turnirin qalibi olub.

Qeyd edək ki, bu, "Siti"nin 2018/2019 mövsümündə qazandığı üçüncü kubok olub. Komanda bundan əvvəl İngiltərə Liqa kubokunu və Premyer Liqanın qalibi olub.









Redaktorun seçimi