Bakıda Avropa çempionatı məndə gözəl təəssüratlar yaradıb - Rusiyalı tamaşaçı

59 dəfə oxunub
Bakıda Avropa çempionatı məndə gözəl təəssüratlar yaradıb - Rusiyalı tamaşaçı

Avropa çempionatı və Bakı şəhəri məndə gözəl təəssüratlar yaradıb.

Bu barədə Trend-ə Moskvadan (Rusiya) gələn tamaşaçı Darya Şerbakova bildirib.

D.Şerbakova deyib: "Rusiya idmançılarına dəstək qrupunda ölkəmizin müxtəlif şəhərlərindən məşqçilər və gimnastlar var. Bakıda Avropa çempionatı ən yüksək səviyyədə keçir. Zal gözəl bəzədilib, hər şey mükəmməl edilib. Məndə ən gözəl təəssüratlar yaranıb. Bu mənim Bakiya ilk səfərimdir, şəhəriviz çox xoşuma gəldi və insanlarınız səmimidir".

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.



Redaktorun seçimi