Bakıda Avropa çempionatında çıxış etmək çox xoşumuza gəlir - Belarus gimnastları

Hit: 263
Bakıda Avropa çempionatında çıxış etmək çox xoşumuza gəlir - Belarus gimnastları

Bakıda Avropa çempionatında çıxış etmək çox xoşumuza gəlir, buranın mühiti gözəldir.

Bunu Trend-ə qrup hərəkətləri üzrə Belarus komandasında çıxış edən gimnastlar deyib.

Gimnastlar bildirib: "Həm bizim ölkədən, həm də başqa ölkədən olan tamaşaçılar möhtəşəm dəstəkləyirlər. Yarışlar mükəmməl təşkil edilib, hər şey yüksək səviyyədədir. Hazırlaşmaq üçün yer var, yarışlar üçün zalın şəraitləri inanılmazdır".

Gimnastlar vurğulayıb ki, Bakıda keçirilən Avropa Çempionatında güclü rəqiblər var və bütün ölkələrdən iştirakçılar yaxşı nəticə göstərməyə çalışırlar.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.









Redaktorun seçimi