Təbriz klubları mövsümü qələbəsiz başa vurdu

162 dəfə oxunub
Təbriz klubları mövsümü qələbəsiz başa vurdu

Futbol üzrə İran çempionatında mövsümə yekun vurulub.

Faktor.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” və “Maşinsazi” də sonuncu oyunlarını keçiriblər.

“Maşinsazi” 30-cu tur çərçivəsində doğma meydanda “Padideh”lə üz-üzə gəlib və 1:2 hesablı məğlubiyyətlə üzləşib.

Təbrizin daha məşhur “Traktorsazi” klubu isə səfərdə “Fulad Xuzestan”la heç-heçəyə razılaşıb – 2:2.

“Traktorçular” mövsümü 30 oyuna topladıqları 52 xalla 16 iştirakçı arasında 5-ci, “Maşinsazi” isə 29 xalla 13-cü sırada başa vurub.



Redaktorun seçimi