Dibala "Yuventus"dan ayrılır - qardaşı açıqladı

122 dəfə oxunub
Dibala "Yuventus"dan ayrılır - qardaşı açıqladı

“Yuventus”un futbolçusu Paulo Dibala komandadan ayrılmağa hazırlaşır.

Faktor.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə 25 yaşlı hücumçunun qardaşı Qustavo Dibala məlumat verib. O, Dibalanın Turin klubunda xoşbəxt olmadığını bildirib:

“Paulonun “Yuventus”dan ayrılmaq ehtimalı çox yüksəkdir. Onun dəyişikliyə ehtiyacı var. Hansı kluba keçəcəyini deyə bilmərəm, amma o, “Yuventus”da xoşbəxt deyil. Təkcə Paulo deyil, bir çox futbolçu komandada bəzi şeylərdən narahatdır. Bu yay ordan ayrılan yeganə futbolçu Dibala olmayacaq”.

Qeyd edək ki, Dibalanın "Yuventus"la 2022-ci ilədək müqaviləsi var.



Redaktorun seçimi