Kamran Ağayev “Neftçi”yə keçir? - “Səlahəti incidiblər...”

112 dəfə oxunub
Kamran Ağayev “Neftçi”yə keçir? - “Səlahəti incidiblər...”

“Keşlə” milli komandamızın qapıçısı Kamran Ağayevlə yolları ayırıb.

Faktor.az xəbər verir ki, bununla bağlı klubun saytı məlumat yayıb. Bu məlumat rəsmən açıqlanmazdan öncə isə K.Ağayevin yeni mövsümdən karyerasını “Neftçi”də davam etdirəcəyi haqda qeyri-rəsmi xəbərlər yayılıb. Hələlik futbolçunun özü və klub buna münasibət bildirməyib.

Amma belə bir yüksək ehtimal var ki, “Neftçi”nin hazırkı qapıçısı Səlahət Ağayev komandanı tərk etməyə hazırlaşır. O, bir müddət əvvət mətbuata müsahibəsində paytaxt klubundan ayrıla biləcəyini söyləmişdi. Bu faktın özü də K.Ağayevin “Neftçi”yə keçəcəyi haqda versiyanı qüvvətləndirir.

Tanınmış futbol meneceri Erkin İbrahimov da bu məsələyə toxunaraq K.Ağayevin karyerasını “Neftçi”də davam etdirəcəyini bildirib. “Neçə vaxtdır deyirəm, Kamran Ağayev “Neftçi”yə keçəcək. Yoxsa ağlı başında olan klub rəhbəri nədən Səlahət kimi qapıçını bilərəkdən incitsin, gedişi üçün zəmin yaratsın ki? Demək ki, artıq neçə vaxtdır Səlahətin alternativi hazırdır” – deyə o özünün Feysbuk səhifəsində vurğulayıb.



Redaktorun seçimi