“Qarabağ”ın hazırlıq planı bilindi

Hit: 404
“Qarabağ”ın hazırlıq planı bilindi

Yeni mövsümdən ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın hazırlıq planı müəyyənləşib.

Faktor.az xəbər verir ki, bu barədə Qol.az-a klubun baş meneceri Asif Əsgərov məlumat verib. O bildirib ki, komanda iyunun 7-də Bakıda bir araya gələcək:

"Ayın 19-da isə təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya gedəcəyik. Bilirsiniz ki, Çempionlar Liqasında püşkatma iyunun 18-də olacaq. Onun nəticəsindən asılı olaraq, qərarımızı verəcəyik. Əgər ilk oyun səfərdə olsa, birbaşa Avstriyadan gedəcəyik. Yox, Bakıda olsa, iyulun 3-də vətənə qayıdacağıq".

A. Əsgərov "Qarabağ"ın Avstriyada 4 yoxlama oyunu keçirəcəyini bildirib: "Plana əsasən, 4 oyun olmalıdır. Rəqiblərlə bağlı işlər davam edir. Bəzi variantlar var, klublar arasında təsdiq məsələləri gedir".









Redaktorun seçimi