İquain "Yuventus"a qayıdır

117 dəfə oxunub
İquain "Yuventus"a qayıdır

"Çelsi" ötən yay "Yuventus"dan icarəyə götürdüyü Qonzalo İquainlə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətini uzatmayacaq.

Faktor.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi argentinalı hücumçunu birdəfəlik ala və ya yenidən icarəyə götürməyəcək. Klub rəhbərliyi İquainin oyunundan razı qalmadığı üçün bu qərarı verib.

Qeyd edək ki, İquain bu mövsüm 22 matçda 7 qol vurub, 2 qolun ötürməsini verib.



Redaktorun seçimi