Finalçılar Naxçıvana sabah gedir

116 dəfə oxunub
Finalçılar Naxçıvana sabah gedir

Azərbaycan kubokunun final matçında üz-üzə gələcək "Qəbələ” və "Sumqayıt” sabah Naxçıvana yola düşəcək. Hər iki komanda ilk titulu arzuladığından matça ciddi önəm verir.

Faktor.az xəbər verir ki, "Qəbələ” sabah axşamüstü yola düşəcək və Naxçıvandakı "Duzdağ” otelində məskunlaşacaq. Komanda mayın 18-də oyunöncəsi son məşqinə elə matçın baş tutcağı stadionda çıxacaq.

Mayın 19-dakı final üçün "Sumqayıt”ın səfər planı da oxşardı. Bu gün Sumqayıtdakı son məşqdən sonra komanda Mərdəkanda məskunlaşacaq. Sabah gecə saatlarında Naxçıvana uçacaq komanda "Təbriz” otelini seçib. Oyundan bir gün öncə isə son məşq nəzərdə tutulub.

Qeyd edək ki, kubokun final oyunu mayın 19-da saat 16:30-da başlayacaq.



Redaktorun seçimi