Salah “Real”la danışıqlara başlayıb

121 dəfə oxunub
Salah “Real”la danışıqlara başlayıb

“Liverpul”un hücumçusu Məhəmməd Salah karyerasını “Real”da davam etdirə bilər.

Faktor.az xəbər verir ki, “Canal +”in jurnalisti Filipp Krayon bildirib ki, 26 yaşlı misirlinin nümayəndələri “Kral klubu” ilə danışıqlara başlayıblar. Qeyd olunub ki, hazırda danışıqlar ilkin mərhələdədir.

Salahın “Liverpul”la müqaviləsinin müddəti 2023-cü ildə başa çatır. Transfermarkt onun transfer qiymətini 150 milyon avro həcmində qiymətləndirib.

Qeyd edək ki, bu mövsüm Salah “Liverpul”dakı 51 oyunda 26 qol vurub və 13 qolun ötürməsini edib.



Redaktorun seçimi